skip to Main Content
Bank & Maliyyə

Mükəmməllik bizim mantramızdır. Bank və maliyyə sahəsi ENSİS-in ən güclü təcrübə sahələrindən biridir. Bu sahə olduqca mürəkkəb olmasına baxmayaraq, davamlı şəkildə inkişaf edən çoxsaylı insititutlardan ibarətdir.

ENSİS hüquqşünasları bankçılıq və maliyyə sektorunun hər bir sahəsində püxtələşmiş, maliyyə sövdələşmələrində, bu sahədə mülkiyyət və ticarət əlaqələrində, bank və maliyyə institutlarında yenidən təşkil edilmə və digər bank və maliyyə xidmətlərinin göstərilməsi məsələlərində geniş təcrübəyə malikdirlər.

Bu sahədəki hüquqşünaslarımız danışıqlar, təşkilati-struktur və maliyyə tənzimləmələri məsələlərində hüquqi dəstək göstərir.

ENSİS Hüquq Şirkəti maliyyə bazarları, institutları, əməliyyatları da daxil olmaqla, maliyyə sektorunun təsiri altına düşən hər bir məsələyə dair hüquqi məsləhətlər verir. Komandamız qiymətli kağızlar üzrə əməliyyatların aparılması (hazırlanması, qeydiyyatı və yaranmış mübahisələrin həlli) maliyyə əməliyyatlarının aparılması zamanı hüquqi risklərin təhlili və qarşısının alınmasına dair hüquqi rəyin verilməsi; səhmlərin və aktivlərin alınması üzrə hüquqi rəyin verilməsi və müvafiq lahiyələrin hazırlanması; kredit təşkilatlarının fəaliyyət növünə (kredit, lizinq, sığorta, lombard və s.) uyğun yaranmış mübahisələrin həlli kimi məsələlərdə hüquq xidmətləri göstərir.

Hüquqşünaslarımız mürəkkəb maliyyə əməliyyatları üzrə ixtisaslaşmış və maliyyə strukturu, kapital bazarları, yeni maliyyə insitutlarının yaradılması, fəaliyyəti üçün lisenziyanın alınması, investisiya əməliyyatları məsələlərində təcrübəyə sahibdirlər.

Biz yerli və xarici banklara və maliyyə institutlarına, borcalanlara və digər müştərilərə, o cümlədən sığorta şirkətlərinə, bank olmayan kredit təşkilatlarına, investisiya fondlarına hər cür maliyyə əməliyyatlarının quruluşu, danışıqlar və sənədləşdirmə işlərində kömək edə bilərik.

ENSİS komandası yerli çatışmazlıqlara bələd olduqları üçün problemli və qarışıq hüquqi məsələlərə sağlam yanaşma təqdim edərək, maliyyə bazarlarının beynəlxalq standartlarına uyğun şəkildə məsləhət və köməklik göstərəcəkdirlər.

Back To Top