skip to Main Content
Birləşmə və Qoşulma

Birləşmə və Qoşulma müəssisələrin tamamilə yeni bir səviyyəyə çatması üçün geniş biznes imkanları yaradır. Qloballaşan dünyada istər daxili, istərsə də xarici müəssisələr arasında bu istiqamətdə bir çox sövdələşmə baş verir. Bununla belə, bu cür əməliyyatların xarakterik cəhətlərindən biri də əhəmiyyətli dərəcədə mürəkkəblik və yüksək risklərdir. Qlobal biznes mühitində şəbəkələrini genişləndirmə strategiyaları, ittifaqlar və bölüşdürmələr, əksər hallarda əməliyyatın ümumi uğuruna və ya uğursuzluğuna təsir göstərə biləcək geniş hüquqi, vergi, tənzimləmə və digər məsələlərin təhlil edilməsi zərurəti meydana çıxarır. Bunun üçün müvafiq bilik tələb olunur və müəssisənin idarəetməsinin mənfi təsirlərdən effektiv qorunmasını təmin etmək müasir şəraitdə işgüzar bacarığın tərkib hissəsi kimi çıxış edir. Bu cür əməliyyatlar müəssisəyə, özünü iqtisadi göstəricilərini addım-addım yaxşılaşdırmaq, vəsaitləri səmərəli kapitallaşdırmaq və daha çox imkanlar yaradır.

ENSİS komandası, müəssisələr arasında bu kimi sövdələşmələrdə təcrübəyə malikdir. Birləşmə & Qoşulma əməliyatları keçirən hər bir müəssisənin bir əməliyyat boyunca qarşılaşdığı daxili və xarici təzyiqləri və sövdələşmənin müvəffəqiyyəti üçün mühüm əhəmiyyət kəsb edən problemləri düzgün qiymətləndiririk. Birləşmə & Qoşulma fəaliyyətləri müəssisənin əmək, məşğulluq, sosial təminat, vergi, maliyyə xidmətlərinin tənzimlənməsi və korporativ idarəetmə kimi digər sahələrinə təsirsiz ötüşmür. Birləşmə & Qoşulma bir biznes sahəsi üçün xeyli dəyər qazandıra bilər, lakin əməliyyat prosesinin hər bir mərhələsinin – qiymətləndirmədən danışıqlara və tamamlanmaya qədər müvəffəq olduğuna əmin olmaq böyük təcrübə və bilik tələb edir. Bizimlə əməkdaşılıq edən müəssisələrə, danışıqların aparılmasından tutmuş, sövdələşmə və təşkilati-struktur, zəruri sənədlərin hazırlanması, əməliyyatlardan sonrakı keçid və birləşmədən sonrakı inteqrasiyaya qədər hər bir mərhələdən uğurla keçməsinə hüquqi dəstək göstəririk.

Xidmətlərimiz digər müəssisələrlə Birləşmə & Qoşulma imkanlarını müəyyənləşdirmək və həyata keçirməklə strateji hədəflərinizə çatmaqda kömək etməyə yönəlmişdir.

Təcrübəli hüquq və vergi məsləhətçilərindən təşkil olunan komandamız biznes və vergi hüququ bilikləri ilə işinizi dəstəkləməyə hazırdır.

Back To Top