skip to Main Content
Əmək və Miqrasiya

Hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisinə daxil olduğu andan miqrasiya qanunvericiliyinin tələblərinə tabe olmalıdır. Miqrasiya qanunvericiliyinin tələblərinin pozulması, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin cərimə edilməsi, Azərbaycan Respublikası ərazisindən çıxarılması və ya digər hüquqi nəticələrə səbəb olur.

Eyni zamanda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyinin tələblərini pozaraq işə götürülməsi işəgötürənlərə müxtəlif sanksiyaların tətbiq edilməsinə gətirib çıxara bilər.

Bütün bunlara görə, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə əmək münasibətlərinin subyektləri kimi işəgötürənlər miqrasiya məsələlərində peşəkar hüquqi yardıma ehtiyac duyurlar.

ENSİS fiziki və hüquqi şəxslərə Azərbaycana immiqrasiya, vətəndaşlığa qəbul, viza ilə bağlı bütün məsələlərdə hüquqi dəstək almaları üçün müvafiq imkan yaradır.

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi, iş icazəsi alınması və əmək fəaliyyəti zamanı meydana gələ biləcək məsələlər ilə əlaqədar xarici vətəndaşlara hüquq xidmətləri göstəririk. ENSİS hüquqşünasları Azərbaycan Respublikasının ərazisində miqrasiya qanunvericiliyinə uyğun formada yaşamağınız üçün əlindən gələn köməyi göstərməyə hazırdır. Hər bir situasiyanı dəqiqliklə təhlil edərək hərtərəfli yanaşma tətbiq edirik və çalışırıq ki, hər bir müştərinin immiqrasiya məqsədlərinə müvəffəq olma şanslarını maksimum dərəcədə artıraq. Başlanğıcdan sona qədər işiniz miqrasiya qanunvericiliyinə yaxşı bələd olan təcrübəli hüquqşünaslar tərəfindən aparılır.

Əmək hüququ işəgötürən – işçi münasibətləri, əmək haqqı, işçi və işəgötürənin qarşılıqlı maddi məsuliyyəti, iş yerindəki təhlükəsizlikdən tutmuş ayrıseçkiliyə, işçinin əmək müqaviləsinə qanunsuz xitam verilməsi zamanı işçinin hüquqları, vəzifələrini və digər münasibətləri əhatə edir. Bu sahə üzrə təcrübəmiz əsasən, əmək qanunveriliyinin tətbiqinə yönəlmişdir, eyni zamanda bir-biri ilə əlaqəli olan sosial təminat, miqrasiya qanunvericiliyinin də aspektlərini əhatə edir.

ENSİS komandası əmək mübahisələri, eyni zamanda əmək mübahisələrinə aid olmayan əmək hüququ məsələlərinə (əmək müqaviləsi və ya xidmət müqaviləsi ilə işləməli olan şəxslərin dairəsinin müəyyənləşdirilməsində hüquqi dəstək, maddi məsuliyyət məsələləri və s.) dair keyfiyyətli hüquq xidmətləri göstərir.

Hüquqşünaslarımız əmək müqaviləsi, xidmət müqaviləsi və kollektiv müqavilə, daxili korporativ qaydalar (işçilərin dələduzluğunun qarşısının alınması, səlahiyyətli şəxslərin məsuliyyətinin sığortalanması, müəssisədaxili intizam qaydalarının hazırlanması və s.) kimi digər hüquqi sənədlərin hazırlanması və hüquqi təhlil edilməsi, əlillərin əmək hüquqlarının pozulmasından tutmuş, işçilərin əmək kitabçalarının hazırlanmasına qədər məsələlərdə hüquqi dəstək veririk.

Təcrübəli hüquqşünaslarımız tərəfindən işəgötürənlərə və işçilərə verilən tövsiyələrimiz sayəsində əmək mübahisələri daha uğurlu və faydalı bir şəkildə həll olunacaqdır.

Back To Top