skip to Main Content
Korporativ hüquq

Korporativ hüquq olduqca mürəkkəb bir sahə olmaqla həm hüquq, həm də bizneslə qarşılıqlı əlaqədədir. Bugünkü biznes mühitində işinizin uğurlu olması üçün möhkəm bir təməlin olması qaçılmazdır. Bu təməl isə biznesinizi hüquqi müşayiət ilə mümkündür. ENSİS Hüquq Şirkəti yeni biznesə başlamaq istəyən və ya fəaliyyət göstərən fərdi sahibkarlara və hüquqi şəxslərə korporativ hüquq xidmətləri göstərir.

Müəssisə üçün ən uyğun təşkilati-hüquqi formanın seçilməsi onun fəaliyyətinin hər cəhətdən əlverişli və risklərə dayanıqlı olması üçün zəruridir. ENSİS komandası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan hər bir təşkilati-hüquqi formanın üstünlükləri və riskləri barədə dərin biliklərə sahibdirlər. Eləcə də hüquqşünaslarımız şirkətlərin təsis edilməsi və korporativ idarəetmə ilə əlaqədar olan istənilən sənədləri (nizamnamə, təsis qərarı, ümumi yığıncaq qərarı və s.) hazırlamaq, müəssisənizin mürəkkəb və yüksək dəyərli əməliyyatlarının  həyata keçirmək üçün zəngin təcrübəyə malikdirlər. Biz mövcud olan ən əlverişli şərtlərlə ideyalarınızın və biznes layihələrinizin uğurlu olması üçün sizə ən müvafiq təşkilati-hüquqi formanı seçməkdə dəstək ola bilərik.

Təcrübəli əməkdaşlarımız həmçinin, hüquqi şəxsin iştirakçıları, səhmdarlar, ortaqlar, idarəçilər, investorlar arasında münasibətlərin ahəngdar və qanun çərçivəsində davam etdirilməsi üçün müəssisənin idarəetməsi ilə əlaqədar sənədlər hazırlamaqda sizə dəstək olacaqdır.

Səhmdarların və təsisçilərin qərarı, hüquqi şəxsin iştirakçılarının səlahiyyətlərini, onlar arasında münasibətləri və qaydaları müəyyən etdiyi üçün hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Səhmdar və təsisçilərin idarəçilik orqanlarının fəaliyyətinə əlavə daxili nəzarət mexanizminin yaradılması məqsədilə daxili sənədlərin hüquqi qiymətləndirilməsi və hazırlanması sahəsində geniş təcrübəyə malik olan hüquqşünaslarımız təsisçi və səhmdarların qərarlarını, investisiya sazişlərini effektiv şəkildə tərtib edirlər. İxtisaslaşmış və təcrübəli hüquqşünaslarımız gələcəkdə yarana biləcək mübahisələri qiymətləndirərək bu istiqamətdə rasional həll yolları, tövsiyələr təqdim edəcəkdirlər, bu isə öz növbəsində müəssisənizdə sabitliyi təmin etməkdə və kapitalınızı qorumaqda sizə yardımçı olacaqdır.

ENSİS komandası olaraq, istənilən təşkilati-hüquqi formada olan müəssisələrə, onların vəzifəli şəxslərinə, direktorlarına, səhmdar və ya təsisçilərinə bu cür müəssisələrin təşkili, idarə olunması və gündəlik yarana biləcək hüquqi problemləri və sualları ilə əlaqədar olaraq korporativ və kommersiya xarakterli hüquq xidmətləri təqdim edirik. İxtisaslaşmış kadrlarımız mülki-hüquqi müqavilələrin, əməkdaşlıq sazişlərinin tərtib edilməsi, rəy verilməsi, nizamnamə kapitalındakı payların alqı-satqısı, nizamnamə kapitalının artırılması-azaldılması, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnaməyə dəyişiklik və bu dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sizə köməklik göstərəcəkdir.

Back To Top