skip to Main Content
Müflisləşmə və iflas

Müflisləşmə və iflas prosesində hüquqşünasların rolu müflisləşmənin mənfi təsirlərini minimuma endirməkdir. Belə ki, bu sahədə peşəkar hüquqşünas, müəssisənin maliyyə vəziyyətini detallı şəkildə təhlil edərək onun gələcəyini ən yaxşı formada təmin etmək və təsisçi və ya səhmdarların mənafelərinin maksimum qorunması üçün strategiya ortaya qoyur.

Əgər siz, təşkilatınız və ya səhmdarlarınızdan biri maliyyə vəziyyəti ilə əlaqədar böhran keçirirsə, ENSİS Hüquq Şirkəti sizə bundan sonrakı hər bir addımınızda hüquqi tövsiyələr verməklə dəstək ola bilər.

Partnyorumuz yerli bank və maliyyə şirkətinin ləğvi və yenidən təşkili prosesində yaxından iştirak etdiyinə görə yenidən təşkil və iflas prosedurunun bütün mərhələləri barədə təcrübəyə malikdir. Bu istiqamətdə vəkillərimiz borclular tərəfindən borcun geri ödənilməsi üçün düzgün seçimin edilməsində köməklik göstərəcəkdir.

Biz həmçinin milli qanunvericiliyinin müxtəlif sahələrində (vergi, daşınmaz əmlak, korporativ idarəetmə, məhkəmə icraatı və s.) aparıcı mütəxəssislərə sahib olmaqla, həm borcun icrası, həm də iflas proseduru ilə əlaqədar yaranan bütün məsələlərə hüquqi dəstək göstəririk. Borclu üçün ilk növbədə onun maliyyə vəziyyətini diqqətlə təhlil edərək onun iflasına ən uyğun olan həll yolu tapırıq.

Back To Top