
Rəşad Yusifov
Partnyor / Vəkil
Rəşad Yusifov ümumi hüquq xidmətləri və risklərin idarə edilməsinin tənzimlənməsi daxil olmaqla bank və mikromaliyyə təşkilatlarının müxtəlif xarakterli hüquq məsələləri üzrə 10 ildən artıq iş təcrübəsinə malik peşəkar hüquqşünasdır. Bankçılıq və Maliyyə, Korporativ Hüquq sahələrində ixtisaslaşmışdır. Rəşad Yusifov eyni zamanda Bankların Rezolyusiyası Mexanizmləri, Hüquqi Şəxslərin Ləğvi, Ümidsiz Borc Portfelinin İdarə edilməsi proseslərində yaxından iştirak edərək dərin biliklərə yiyələnmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
LLM, Chicago-Kent College of Law, International &Transnational Law
LLB, National Aviation Academy

Cəlil Əhmədov
Partnyor / Vəkil
Cəlil Əhmədov Azərbaycanda biznesin hüquqi və vergi aspektləri üzrə ixtisaslaşmış vəkildir. Əvvəllər Vergilər Nazirliyində rəhbər vəzifələrin daşıyıcısı olan Cəlil Əhmədov, sahibkarlara vergi xidmətlərinin göstərilməsində, vergi siyasəti və vergi auditi təcrübəsinin təkmilləşdirilməsində yaxından iştirak etmiş və rəhbərlik etdiyi şöbənin məhkəmə mübahisələrinin uğur qazanmasında böyük rolu olmuşdur. Əldə etdiyi vergi və hüquq təcrübəsi ilə sonralar biznes tərəfdaşlarına daxili və ya transsərhəd vergi məsələlərinin müxtəlif cəhətlərini araşdırmaq, məhkəmə nümayəndəliklərini və məhkəmə işlərini idarə etməkdə kömək etməklə bu sahədə təcrübəsini davam etdirmişdir. “Certified Fraud Examiner” beynəlxalq sertifikatına malikdir.
LLM, University of Florida, International taxation,
LLM, Baku State University
LLB, Baku State University