Kənd təsərrüfatı, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynamaqla qeyri-neft sektorunda böyük çəkiyə malik prioritet sahələrdən biri hesab olunur. Aqrar sahənin inkişafı hökumətin daim diqqət mərkəzində olmuşdur.
İqtisadiyyatın sürətli inkişafında və dinamik artımında tikinti sektorunun payını nəzərə alaraq tikinti sektorunun tənzimlənməsində dövlət səviyyəsində ciddi səylər göstərilir.
Azərbaycanda aparıcı banklara, lizinq şirkətlərinə, investisiya fondlarına maliyyə və bank əməliyyatlarının bütün aspektləri üzrə hüquqi yardım göstərməklə bank və maliyyə qanunvericiliyi tələbləri ilə yaxından tanışıq.
Müasir dövrdə informasiya texnologiyasının (İT) istənilən fəaliyyət sferasında biznesə mühüm təsir göstərən və sürətlə inkişaf edən sahələrdən biri kimi çıxış etməsi heç bir şübhə doğurmur və hüquqi tənzimlənməsi olduqca peşəkar yanaşma tələb edir.
Təhsil sahəsi cəmiyyətin həssas tənzimlənən sahələrindən biridir və təhsil müəssisələrinin rasionallaşması və optimallaşma prosesi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Aydındır ki, sürətlə inkişaf edən Azərbaycan səhiyyə bazarında riskləri minimuma endirmək və tibb sahəsinin inkişaf çağırışlarına uyğunlaşmaq üçün çoxsaylı məsələlərdə təcrübəli hüquqi rəhbərliyə daha çox ehtiyac vardır.