skip to Main Content
Tikinti və İnfrastruktur

İqtisadiyyatın sürətli inkişafında və dinamik artımında tikinti sektorunun payını nəzərə alaraq tikinti sektorunun tənzimlənməsində dövlət səviyyəsində ciddi səylər göstərilir.

Tikinti sektorunun yüksələn xətlə inkişafı və genişmiqyaslı tikinti layihələrinin uğurla həyata keçirilməsi qabaqcıl yanaşma və geniş təcrübə tələb edir. Tikinti və layihələndirmə işlərinin hər bir detalının müxtəlif layihələrdə iştirak edilməsilə qavranılması nəticəsində bizim komandamız müştəriyə ilkin danışıqlar daxil olmaqla işlərin icrasına qədər olan bu prosesin hər bir mərhələsində yardım edir.

Tikinti layihələrinin analizi, risklərin müəyyən olunması, investorların və ya podratçının risklərinin hüquqi risklərin qiymətləndirilməsi, satınalmalarının (müsabiqələrin, hərracların, tenderlərin) təşkili və keçirilməsi, bütövlükdə tikinti prosesinin qanunauyğunluğunun təmin edilməsi üzrə tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə hüquqi dəstək göstərmişik.

Aydındır ki, tikinti sektorunda diqqət cəlb edən önəmli məsələlərdən biri tikinti icazələrinin əldə edilməsidir. Tikinti icazələrin alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyət tədbirlərinin görülməsinə səbəb ola bilər. Bu baxımdan yuxarıda qeyd olunanlar tikinti layihələrinin müvəffəqiyyətlə başa çatdırılmasına nail olmaq üçün vacib rol oynayır.

Tikinti fəaliyyətinin digər önəmli sahəsini isə  müxtəlif  xarakterli  müqavilələrin hazırlanması (tikinti investisiya, tikinti podrat, subpodrat,  texniki nəzarət, tapşırıq, daşıma və s. müqavilələr) təşkil edir. Bizim müqavilə sahəsində ixtisaslaşmış hüquqşünaslarımız beynəlxalq tikinti müqavilə formaları, xüsusi ilə FIDIC (FİDİK) müqavilələrin tərtib edilməsində yetərli təcrübəyə malikdir.

Əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarını təmin edilməsi, təhlükəsizlik şəraitinin yaradılması, işlərin təhlükəsiz görülməsi, təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi tikinti şirkətlərinin daim diqqət mərkəzindədir. Biz də Hüquq Şirkəti olaraq tikinti sahəsində texniki təhlükəsizlik qaydalarının tərtibatı, təkmilləşdirilməsi və onların pozulması zamanı yarana biləcək risklər üzrə hüquq məsləhətləri veririk.

Biz yükdaşıma və logistika sektorunun bütün sahələrində misilsiz bir təcrübəyə malikik. Bu sahədə təcrübəmizə daşıma və/və ya ekspeditor xidməti üzrə spesifik müqavilələrin hazırlanması, hazır müqavilələrin hüquqi ekspertizası, daşınan malların və sərnişinlərin sığortası ilə bağlı məsələlərin tənzimlənməsi, habelə daşımanın beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi daxildir.

Back To Top