skip to Main Content
Vergi

Dinamik və mürəkkəb vergi münasibətlərinin hökm sürdüyü zamanda, uğurlu bir biznesə başlamaq və ya bir biznes əməliyyatının davamlılığını təmin etmək praktiki və peşəkar yardım tələb edir. Korporativ və ya fərdi vergi məsələlərinə dair hüquqi rəy, vergi münasibətlərində mütəxəssislərin yardımı həmişə yerli biznes əməliyyatlarının uğurlu inkişafına və inteqrasiyasına kömək edir.

Ensis Hüquq Şirkəti, Azərbaycanda fəaliyyət göstərmək, habelə Azərbaycandan kənarda əməliyyatlar həyata keçirməyin bütün istiqamətləri üzrə effektiv və rasional həllər verən vergi və hüquqi konsultasiya şirkətidir. Azərbaycanın vergi və hüquq sistemində geniş və praktik təcrübəyə malik təcrübəli vəkilləri tərəfindən dəstəklənən Şirkətimiz aşağıda göstərilən müxtəlif növ peşəkar xidmətlər göstərir.

    • Yerli hüquqi şəxslərin və sahibkarların vergitutma məsələləri:
      • Azərbaycandakı biznesinizlə əlaqədar daxili və xarici əməliyyatlar üzrə vergi qiymətləndirilməsi;

 

    • Əmək haqqından tutulan vergi:
      • Əmək haqqından vergi tutulmasının qanunauyğun həyata keçirilməsi: vergi məbləğinin hesablanması; rezident və qeyri-rezident işçilərin gəlirlərindən tutulan vergi üzrə hesabatlar;
      • sosial təminat məqsədləri üçün yerli orqanlarda qeydiyyata alınma və işəgötürəndən tutulan sığorta haqları;
      • Neft-qaz sahəsində fəaliyyətə görə vergi tutulması;
      • Xarici əməliyyatlara dair vergi xidmətləri;
      • Dolayı vergitutma (ƏDV / aksiz vergisi);
      • vergitutmanın qanuniliyi & ƏDV/aksiz və gömrük məsələlərinin uçotu;
      • Vergi ödəyiciləri üçün riskli vəziyyətlərin qiymətləndirilməsi;

 

  • Vergi orqanlarının hərəkət / qərarlarının hüquqi qiymətləndirilməsi:
    • Vergi yoxlamaları ilə əlaqədar müşayiət (kameral və ya səyyar vergi yoxlamalarından əvvəl, yoxlama zamanı və yoxlamadan sonra);
    • Vergi mübahisələrinin həlli;
    • Müəssisə daxilində seçilmiş hər hansı vergi hüququ mövzusuna dair seminar və ya təlimlər;
    • Vergi planlaşdırılması / optimallaşdırılması / təhlili və ikiqat vergitutmada güzəştlərə görə müraciət;
    • Yerli vergi, əmək və sosial müdafiə orqanları ilə əlaqədə davamlı dəstək;
    • Müəssisənizin fəaliyyəti zamanı meydana çıxan digər zəruri vergi xidmətləri.
Back To Top