skip to Main Content

Mechanisms of providing financial support to entrepreneurs affected by the pandemic

Financial support program has been launched for entrepreneurs and their employees affected by the pandemic. The essence of the program initially covers the following areas:

1. Partial payment of the salary of employees working in the areas affected by the pandemic;

2. Provision of financial support to individual micro-entrepreneurs.

  Areas affected by the pandemic

Here you can get acquainted with the areas affected by the pandemic. In order to receive support for the partial payment of the salary of employees, it is necessary to first clarify whether your field of activity is on the list in question. To do this, you need to look at the area of ​​activity reflected in the “Personal Information” section of your e-office. Individual entrepreneurs can apply for the addition of previously unspecified areas of activity through the application “Changing of information of natural persons”

1. Partial payment of the salary of employees working under an employment contract

Unlike the other direction, this financial support can be benefited by legal entities or individual entrepreneurs in the areas affected by pandemic (scope is determined by the list), regardless of the category of entrepreneurship. The average monthly salary in the country (712 manat) will be taken as the main criterion when paying partial payment of employees’ salaries. If the employee’s salary is higher than 712 manats, then the compensation will be calculated in the amount of 712 manats. If an employee earns less than 712 manat, those employees will be paid their actual salary.

  Application procedure

Under this mechanism, taxpayers must submit electronic applications through the electronic cabinets available in the Internet Tax Office. After that, in a short period of time, partial payment of the salary to be paid to their employees and the corresponding social insurance fees will be transferred to the bank accounts of employers. Employees of employers operating in areas affected by the pandemic will be paid in equal installments over 2 months.

2. Provision of financial support to micro-individual entrepreneurs

Financial support for individual micro-entrepreneurs operating in pandemic-affected areas will be applied to taxpayers who have paid taxes, compulsory state social insurance and unemployment insurance contributions in 2019. Financial support will be granted to taxpayers operating under one of the 4 tax regimes. These regimes include the following. If the entrepreneur is:

  • Operating under the simplified tax regime at the rate of 2 percent;
  • Engaging in transportation activities on the basis of distinguishing sign;
  • Operating with a fixed tax receipt;
  • Acting as an individual micro-entrepreneur in the income tax regime.
  Application procedure

To do this, individual entrepreneurs must submit an application through the electronic offices available in the Internet Tax Office. Taxpayers must fill out an online application for information about their tax regime. The amount of payment to individual micro-entrepreneurs is at least 250 manat. If his tax, compulsory state social insurance and unemployment insurance payments were up to 250 manat in 2019, the entrepreneur will be paid 250 manat. If these payments are higher, the amount of funds paid to entrepreneurs can be up to 5,000 manat.

Pandemiyadan zərər çəkmiş sahibkarlara və onların işçilərinə maliyyə dəstəyi proqramına start verilib. Proqramın mahiyyəti ilkin mərhələdə aşağıdakı istiqamətləri əhatə edir:

  1. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi;
  2. Fərdi mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi.
  Pandemiyadan zərər çəkmiş sahələr

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri ilə buradan tanış ola bilərsiniz. İşçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi istiqamətində dəstək almaq üçün əvvəlcə fəaliyyət sahənizin sözügedən siyahıda olub-olmadığını aydınlaşdırmağınız zəruridir. Bunun üçün elektron kabinetinizdə “Şəxsi məlumatlar”ınız hissəsində əks olunmuş fəaliyyət sahəsinə nəzər yetirməlisiniz. Fərdi sahibkarlar vaxtilə qeyd olunmamış fəaliyyət istiqamətlərini əlavə etmək üçün “Fiziki şəxslərin məlumat dəyişikliyi” ərizəsi vasitəsilə müraciət edə bilərlər.

  1. Əmək müqaviləsi əsasında çalışan işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi

   Digər istiqamətdən fərqli olaraq, bu maliyyə dəstəyindən sahibkarlıq kateqoriyasından asılı olmayaraq, pandemiyadan zərər çəkmiş sahə(lər)də (dairəsi siyahı ilə müəyyən edilən) fəaliyyət göstərən hüquqi şəxslər və ya fərdi sahibkarlar faydalana bilər. İşçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcəkdir. Əgər işçi(lər)in əməkhaqqı 712 manatdan yuxarıdırsa, o zaman kompensasiya 712 manat həddində hesablanacaqdır. Əgər işçi(lər) 712 manatdan aşağı əməkhaqqı alırsa, həmin işçilərə faktiki əməkhaqları ödəniləcəkdir.

  Müraciət qaydası

Bu mexanizm çərçivəsində vergi ödəyiciləri İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə elektron müraciətlər təqdim etməlidirlər. Bundan sonra qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.

2. Fərdi mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Fərdi mikro sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərirsə, onlara vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Bu rejimlərə aşağıdakılar aid edilir. Sahibkarın: 

  • 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi;
  • fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması;
  • sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi;
  • mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi.
  Müraciət qaydası

Bunun üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim etməlidirlər. Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər sahibkarın vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər həmin ödənişlər daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği  5 000 manata qədər ola bilər.

Back To Top